IMG-LOGO

Kanada Baş nazirinin Pekinə səfərindən sonra Çindəki kanadalının ölüm hökmü ləğv edlib

09 Feb 2026 08:22 4 baxış
IMG

Kanadanın Baş naziri Mark Karninin Pekinə rəsmi səfərindən sonra Çin Ali Məhkəməsi narkotik ittihamı ilə həbs edilən kanadalı kişinin ölüm hökmünü ləğv edib.

"Report"un məlumatına görə, məhkum edilmiş şəxsin vəkili bunu "Reuters" agentliyinə bildirib.

Qeyd olunub ki, bu, Ottava ilə Pekin arasında illərdir diplomatik münasibətləri gərginləşdirən işdə irəliləyişdir.

Xatırladaq ki, Robert Şellenberq 2014-cü ildə Çində narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs olunub və 2018-ci ildə məhkum edilib. O, əvvəlcə 15 il həbs cəzası alıb. Lakin "Huawei" şirkətinin rəhbəri Menq Vançjounun ABŞ orderi ilə Vankuverdə həbs olunmasından bir ay sonra, 2019-cu ilin yanvar ayında yenidən məhkəmədə edam cəzasına məhkum edilib.

Xəbər lenti