ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçini koalisiyasının seçki qələbəsi münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün "Truth Social" hesabında yazıb.
"O, çox hörmətli və çox populyar bir liderdir", Tramp yazıb və Sanaenin "seçki təyin etmək barədə cəsarətli və müdrik qərarının tamamilə haqlı olduğunu" qeyd edib.
O, Baş nazir və onun koalisiyasını dəstəkləməyin şərəf olduğunu söyləyib: "Sizə "Güc vasitəsilə sülh" adlı mühafizəkar proqramınızın həyata keçirilməsində böyük uğurlar arzulayıram. Bu qədər həvəslə səs verən gözəl Yaponiya xalqı həmişə mənim qəti dəstəyimi alacaq", - deyə ABŞ prezidenti yekunlaşdırıb.