IMG-LOGO

Nigeriyada baş verən yol qəzasında 30 nəfər ölüb

09 Feb 2026 01:13 6 baxış
IMG

Nigeriyanın şimal-şərqindəki Kano ştatında baş verən yol qəzasında 30-dan çox insan ölüb, çoxlu sayda insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "The Daily Post" qəzeti ştat qubernatoru Abba Yusufa istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, Kvanar-Barde kəndi yaxınlığındakı Qujunqa şəhərinə aparan magistral yolda sürücünün səhlənkarlığı səbəbindən insanları daşıyan qoşqu qəzaya uğrayıb.

Yaralılar tibbi yardım üçün ştatdakı xəstəxanalara aparılıblar.

Xəbər lenti