IMG-LOGO

Rimas Kurtinaytis: "Neftçi" üzərində layiqli qələbə qazandıq"

08 Feb 2026 20:22 7 baxış
IMG

"Sabah" Azərbaycan Basketbol Liqasının XVI turunda "Neftçi" üzərində layiqli qələbə qazanıb.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis oyuna nəzarət etdiklərini söyləyib:

"Oyuna bir qədər ehtiyatsız başladıq. Lakin sonradan gedişatı öz xeyrimizə dəyişməyi bacardıq. Ümumilikdə oyuna nəzarət bizdə idi. Bəzi epizodlarda oyunçularımızın verdiyi qərarlardan razı qalmasam da, əzmkarlığı və müdafiədəki oyunu bəyəndim. Xüsusilə dördüncü periodda oyunumuz yaxşı alındı. Düşünürəm ki, layiqli qələbə qazandıq".

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 98:79 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti