Azərbaycanın istedadlı stolüstü tennisçisi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.
"Report" Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, milli üzvü Tunisin paytaxtında keçirilən "WTT Youth Star Contender Tunis 2026" turnirində parlaq nəticə göstərib.
U-15 yaş dərəcəsində mübarizə aparan idmançı qoşa yarışlarda almaniyalı həmkarı Lukas Vanq ilə birlikdə çıxış edib. Bütün görüşləri qələbə ilə başa vuran cütlük turnirin baş mükafatına layiq görülüb.
Qeyd edək ki, O.Quluzadə şəxsi yarışlarda da uğurlu çıxışını davam etdirir. Yarımfinala yüksələn idmançımız ən azı bürünc medalı artıq təmin edib.