IMG-LOGO

Kuba sahillərində 5,5 maqnitudada zəlzələ olub

08 Feb 2026 17:16 4 baxış
IMG

Kuba sahilləri yaxınlığında 5,5 maqnitudada zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 300 000 nəfər əhalisi olan Quantanamo şəhərindən 90 kilometr şərqdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Xəbər lenti