IMG-LOGO

KİV: Şimali Koreyanın hakim partiyasının qurultayında əsas siyasət istiqamətləri müəyyən ediləcək

08 Feb 2026 03:48 4 baxış
IMG

Şimali Koreya fevral ayının ikinci yarısında partiyanın 9-cu qurultayını keçirəcək.

"Report" bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir.

Qərar Koreya Fəhlə Partiyası (KFP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında qəbul edilib. Şimali Koreya lideri Kim Çen İnin rəhbərliyi ilə keçirilən görüşə partiya katibi Ço Yon Von sədrlik edib.

"Yoldaş Kim Çen İn partiya qurultayına Hazırlıq Komitəsinin müvafiq bölmələrinin qurultaya hazırlıq işlərini hər cəhətdən dolğun şəkildə həyata keçirməsini müsbət qiymətləndirib, qurultayın uğurla təşkil edilməsi üçün prinsipial məsələləri və ətraflı vəzifələri işıqlandırıb", - deyə KMTA-nın məlumatında bildirilib.

Cənubi Koreyanın "Yonhap" Xəbər Agentliyinin isə qeyd edib ki, qurultayda Şimali Koreyanın iqtisadiyyat, diplomatiya və müdafiə sahələrindəki əsas siyasət istiqamətləri müəyyən ediləcək.

Xəbər lenti