IMG-LOGO

"İdrak" Liseyində güllələnən müəllimin SON DURUMU - YENİLƏNİB

07 Feb 2026 16:17 3 baxış
IMG
11 0

Şagirdi tərəfindən güllələnən "İdrak" Liseyinin müəllimi palataya köçürülüb.

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, 29 yaşlı qadın Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

*** 13:06

"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

Hadisələr İdrak liseyində insident

Xəbər lenti