Slovakiya sabitliyin pozulması təhdidlərinin öhdəsindən gəldi, hazırda ölkədə vəziyyət sabitdir.
"Report" xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar TASS-a müsahibəsində bildirib.
"Hazırda Slovakiyada vəziyyət sabitdir. Güc və kəşfiyyat strukturları ölkədə xaricdən idarə olunan sistematik və sübut olunmuş qeyri-sabitləşdirmə cəhdləri qeydə almayıb, baxmayaraq ki, digər ölkələr kimi Slovakiya da dezinformasiya və hibrid təhdidlərlə üzləşir", - o, ölkədə ötənilki etirazları şərh edərkən bildirib.
Vitse-spikerin sözlərinə görə, etirazlar vətəndaşların öz fikirlərini ifadə etmək hüququnun təzahürü olub.
"Hökumət ictimai dialoqun və demokratik təsisatlara hörmət edilməsinin zəruriliyini vurğulayır", - o izah edib.