IMG-LOGO

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

07 Feb 2026 01:52 3 baxış
IMG

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə bağlı potensial müqaviləni təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlığı Ofisi məlumat yayıb.

Qeyd olunub ki, bu əməliyyat ABŞ-nin xarici siyasətinin və milli maraqlarının reallaşmasına, Avropanın siyasi sabitliyində və iqtisadi inkişafında mühüm rol oynayan tərəfdaş ölkənin təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Məlimatda razılaşmanın əsaslandırılması üçün Ukraynanın Amerika avadanlıqlarına və silahlarına yüksək əməliyyat hazırlığını təmin etmək və onlara xidmət göstərmək üçün yerli imkanlarını təcili olaraq gücləndirməli olduğu qeyd olunub.

"Ehtiyat hissələrinin təchizatı döyüş effektivliyini artıracaq, logistikanı yaxşılaşdıracaq, daha davamlı və sürətli təmir dövrü vasitəsilə maliyyə yükünü azaldacaq. Bu avadanlığın satışı və dəstək göstərilməsi bölgədəki hərbi balansı dəyişdirməyəcək. Bu satışın həyata keçirilməsi üçün Ukraynaya əlavə ABŞ hökumət rəsmilərinin və ya podratçılarının göndərilməsi tələb olunmayacaq və ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək", - deyə bəyanatda bildirilib.

Xəbər lenti