Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi 6 ədəd yeni xidməti avtomobil almağa hazırlaşır.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, söhbət 1 ədəd SUV və 5 ədəd Pikap tipli (Double Cab) maşınlardan gedir. Satınalmanın ehtimal olunan dəyəri 500 min manatdır.
Balıqçılıq və Akvakultura Mərkəzi Prezident İlham Əliyevin 19 dekabr 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.