IMG-LOGO

Bu şəhərdə işıq olmayacaq

05 Feb 2026 09:04 3 baxış
IMG
0 0

Bu gün Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, fevralın 5-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhəri Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata görə, yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Azərişıq Mingəçevir

Xəbər lenti