IMG-LOGO

Tramp təhlükəsizliyi ilə bağlı narahat olduğunu bildirib

05 Feb 2026 06:04 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarının olduğunu, lakin bu cür fikirlərdən uzaqlaşmağa çalışdığını bildirib.

"Report"un məlumatına görə, Amerika liderinin bu barədə "NBC News" telekanalına müsahibəsində dediklərini Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkəsində paylaşıb.

"Mən buna görə narahatam, lakin bu fikirləri başından atmalısan, əks halda, öz işini görmək qeyri-mümkün olardı", – deyə Amerika lideri müvafiq suala cavabında bildirib.

Qeyd edək ki, Tramp 2024-cü ildə həyatına qarşı iki sui-qəsd cəhdi ilə üzləşib. Birinci hadisə iyul ayında Pensilvaniyada keçirilən seçki öncəsi mitinqdə baş verib – o zaman snayperin atdığı güllə siyasətçinin qulağına dəyib. İkinci insident isə Florida ştatındakı Mar-a-Laqo iqamətgahının yaxınlığında qeydə alınıb.

İkinci epizod üzrə şübhəli bilinən Rayan Uesli Rut ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər lenti