IMG-LOGO

SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları beynəlxalq mükafata layiq görülüb

04 Feb 2026 19:24 5 baxış
IMG

İngiltərənin aparıcı maliyyə və biznes analizi nəşri olan "Beynəlxalq Maliyyə Jurnalı" ("International Finance Magazine") tərəfindən təşkil edilən prestijli "Beynəlxalq Maliyyə Mükafatları – 2025" ("International Finance Awards – 2025") çərçivəsində "SOCAR Capital" mühüm beynəlxalq uğura imza atıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki hesabında məlumat verilib.

Bildirilib ki, SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları "Yaşıl layihələrin maliyyələşdirilməsi üzrə ən yaxşı yeni istiqraz – Enerji sektoru – Azərbaycan" (Best New Bond for Green Project Financing – Energy – Azerbaijan) nominasiyası üzrə mükafata layiq görülüb.

Qeyd edilib ki, bu mükafat SOCAR-ın davamlı inkişaf strategiyasının, "yaşıl enerji" layihələrinə verdiyi ardıcıl dəstəyin və bərpaolunan enerji təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.

Xəbər lenti