IMG-LOGO

Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulub

04 Feb 2026 19:40 5 baxış
IMG

Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulub.

"Report" xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Neftçi" "Murov Az Terminal"ı 3:0 (25:21, 25:22, 25:21), ardınca isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.

Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Gənclər" komandasına 3:0 (25:15, 25:16, 25:13 hesabı ilə qalib gəlib.

Xəbər lenti