IMG-LOGO

Azərbaycan Qazaxıstandan arpa idxalını 2 dəfə artırıb

04 Feb 2026 17:52 2 baxış
IMG

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 7,23 milyon ABŞ dolları dəyərində 33 min 260 ton arpa (o cümlədən toxumluq) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 28 % azdır.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 3,68 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2 dəfə çox) 17 min 601 ton (+2 dəfə), Rusiyadan 3,45 milyon ABŞ dolları dəyərində (-47 %) 15 min 628 ton (-58 %), Avstriyadan 72,68 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 7 ton (+17 %) və Türkiyədən 18,1 min ABŞ dolları dəyərində (-82 %) 23,51 ton (-79 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 68,5 min ton arpanın 74 %-i Rusiyanın payına düşüb.

Xəbər lenti