IMG-LOGO

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB

04 Feb 2026 18:04 2 baxış
IMG

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.

09:07

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 9:00-a olan məlumatında qeyd edilib.

Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksər bölgələrə isə yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Bərdə və Naftalanda 21, Gəncədə 20, Şəki və Mingəçevirdə 18, Şəmkir və Tərtərdə 16, Culfa və Yevlaxda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Göyçay, Lerik, Astara, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 300 metrədək məhdudlaşır.

Xəbər lenti