Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini 2026-cı ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin bu dəvəti qəbul edib, həmçinin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyə hazırdır.
Y.Uşakov əlavə edib ki, Rusiya Prezidenti və Çin Sədrinin fevralın 4-də videokonfrans formatında söhbəti 1 saat 25 dəqiqə davam edib.