IMG-LOGO

Fransada hökumətin istefaya göndərilməsi ilə bağlı altıncı cəhd uğursuz olub

23 Jan 2026 15:37 3 baxış
IMG

Fransada deputatlar Baş nazir Sebastyan Lekornunun hökumətinə qarşı gün ərzində ikinci etimadsızlıq votumunu rədd ediblər.

"Report"un Fransa mediasına istinadən verdiyi xəbərə görə, bu, səsvermənin nəticələrində öz əksini tapıb.

Bu, Nazirlər Kabinetinin istefaya göndərilməsi ilə bağlı altıncı uğursuz cəhd olub.

Hökumətə etimadsızlıq qətnaməsini parlamentdə Marin Le Penin rəhbərlik etdiyi sağçı "Milli Birlik" partiyasının deputatları irəli sürüblər.

Qətnamənin lehinə 142 deputat səs verib. Onun qəbul edilməsi üçün isə 288 səs tələb olunur.

Xəbər lenti