IMG-LOGO

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 28 %-ə yaxın artıb

20 Jan 2026 13:13 4 baxış
IMG

Ötən il Azərbaycanda əsas kapitala xarici mənbələrdən 4 milyard 203,1 milyon manat​​​​​ vəsait yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 27,8 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 4 milyard 048,4 milyon manatı (96,3 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat və yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,3 %, qeyri neft-qaz sektoruna isə 3,9 % azalıb.

Xəbər lenti