IMG-LOGO

WP: FTB rəhbərinin müavini istefa verəcək

24 Nov 2026 05:06 13 baxış
IMG

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunun birinci müavini Kristofer Raya dekabrda istefa vermək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, yanvar ayında vəzifəsinin icrasına başlayan Raya dekabrda istefaya getmək niyyətindədir.

Nəşrin qiymətləndirməsinə görə, bu, Donald Trampın ikinci prezidentlik müddəti ərzində dəfələrlə kadr dəyişikliklərinin baş verdiyi FTB-də qeyri-müəyyənliyi dərinləşdirə bilər.

Nəşr dəqiqləşdirib ki, FTB rəhbərinin birinci müavini büronun gündəlik fəaliyyətinə cavabdehdir. Hazırda FTB-nin direktoru Keş Pateldir.

Mənbə: report.az

Xəbər lenti