IMG-LOGO

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

20 Jan 2026 13:49 4 baxış
IMG

Ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14 milyard 956,7 milyon manat olub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə real ifadədə 9 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 11 milyard 236,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Ötən il hər bir ölkə sakini orta hesabla 1 460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xəbər lenti