Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus "Azərtibbtəchizat" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini fevralın 2-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, 43 ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 2-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 3 370 manat ödənilib.