Azərbaycan və "Mastercard" - beynəlxalq kart təşkilatı arasında maliyyə inklüzivliyinin genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov "Mastercard"ın sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş çərçivəsində ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər müzakirə olunub.
Görüşdə həmçinin tərəflər arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib, 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.