Azərbaycanla Səudiyyə Ərəbistanı arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim ilə Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı investisiyaların təşviqini nəzərdən keçirdik", - deyə nazir qeyd edib.
Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim (@falibrahim) ilə Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli #iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı… pic.twitter.com/kdztVldc4s
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024 Bizim Telegram kanalımıza abunə olun