IMG-LOGO

Cevdet Yılmaz: Cənubi Qafqazda sülhün təmini türk dövlətləri arasında əlaqələri gücləndirəcək

02 Apr 2026 17:57 3 baxış
IMG

Cənubi Qafqazda sülhün təmin olunması Türkiyə ilə türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) son dövrlərdə əldə etdiyi irəliləyiş çox dəyərlidir:

"Dünyada geosiyasi gərginliklərin artdığı, risk və qeyri-müəyyənliklərin yüksəldiyi bir dövrdəyik. Beynəlxalq qurumların və qaydaların zəiflədiyini görürük. Belə bir şəraitdə ikitərəfli münasibətlərin və regional inteqrasiyanın daha da önəmli olduğunu anlayırıq".

C.Yılmaz həmçinin bildirib ki, dünyanın və bölgənin qeyri-sabit olduğu dövrdə sabitliyi qorumaq baxımından liderliyin rolu olduqca önəmlidir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev kimi təcrübəli və qətiyyətli liderlərin mövcudluğu bu baxımdan böyük üstünlükdür. Ümid edirik ki, bölgədəki çətinliklərə baxmayaraq, sabitliyimizi qoruyaraq inkişafımızı davam etdirəcəyik və yeni yaranacaq şərtlərə uyğun şəkildə addımlar atacağıq".

Xəbər lenti