Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke İrəvanda keçirilən erməni-alman məsləhətləşmələrdə regional proseslər və Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, görüş xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyanın, Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasi direktoru Niklas Vaqnerin, həmçinin Almaniyanın Ermənistan və Gürcüstandakı səfirlərinin iştirakı ilə keçirilib.
Tərəflər son regional hadisələr və Ermənistan-Azərbaycan münasibətləri barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, ticarət-iqtisadi əlaqələrin inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi perspektivləri müzakirə olunub.
Kostanyan həmçinin TRIPP layihəsinin icra gedişatını təqdim edib.
Mənbə: report.az