Kiyev və Berlin Ukrayna Müdafiə Qüvvələri üçün Ukrayna kəşfiyyat pilotsuz uçuş aparatlarının birgə istehsalını təşkil edəcək.
"Report" Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Berlində Ukraynanın müdafiə naziri Yevgeni Xmara və Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi sahədə yeni birgə layihənin həyata keçirilməsinə dair saziş imzalayıblar.
Saziş çərçivəsində iki ölkə şirkətləri Almaniyada birgə müəssisə yaradacaq. 2027-ci ildə bu müəssisədə taktiki kəşfiyyat və müşahidə məqsədli bir neçə min pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır.
Almaniya tərəfi istehsalı və istehsal güclərinin yaradılmasını maliyyələşdirəcək. Həmçinin Ukrayna Müdafiə Qüvvələri üçün tədarük həcminin gələcəkdə artırılması imkanı da nəzərdə tutulub.
Hazırda Ukrayna tərəfdaş ölkələrlə birgə müdafiə sahəsində istehsal üzrə 11 layihə həyata keçirir. Bugünkü sazişin imzalanmasından sonra onların sayı 12-yə çatacaq. Bu sazişlərdən altısı Almaniya ilə birlikdə həyata keçiriləcək.
Mənbə: report.az