IMG-LOGO

Vaxtanq Şakarişvili: Cənubi Qafqazda sülh və sabitlik hər üç ölkənin maraqlarına uyğundur

24 Nov 2026 13:49 3 baxış
IMG

Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almaması Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın möhkəmlənməsi baxımından müsbət addım kimi qiymətləndirilməlidir.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında "Vahid Neytral Gürcüstan" partiyasının icraçı katibi, ekspert Vaxtanq Şakarişvili bildirib.

Ekspert Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün təmin olunmasına yönələn əlavə addımların Gürcüstan tərəfindən alqışlandığını vurğulayıb:

"Ədalətli şəkildə atılan istənilən addımı alqışlayırıq. Çünki hesab edirik ki, Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi rifah hər üç ölkənin və xalqlarımızın maraqlarına uyğundur".

Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin inkişafı, sabit və proqnozlaşdırıla bilən mühitin formalaşması Cənubi Qafqazın beynəlxalq iqtisadi layihələrə daha fəal qoşulmasına imkan yarada bilər.

"Bu halda regionumuz həm beynəlxalq siyasətdə, həm də beynəlxalq ticarət-iqtisadi münasibətlərdə özünəməxsus yer tuta və mühüm beynəlxalq funksiyanı yerinə yetirə biləcək", – ekspert vurğulayıb.

V. Şakarişvili, həmçinin Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin qorunmasına yönələn siyasətini dəstəklədiklərini bildirib.

"Hesab edirəm ki, Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün və sabitliyin qorunması məqsədinə xidmət edən siyasət yürüdür. Əlbəttə, biz Prezident Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasəti dəstəkləyirik. Ölkələrimiz tərəfindən atılan və regionda sülhün, sabitliyin təmin olunmasına xidmət edən bütün təşəbbüsləri və addımları dəstəkləyirik", – deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti