IMG-LOGO

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

24 Nov 2026 14:21 6 baxış
IMG

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Abdullu kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti