Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə və Heydər Əliyev mərkəzlərində çalışan işçilərin attestasiya prosesi həyata keçirilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, proses dekabrın 8-dək davam edəcək.
Attestasiyaya ümumilikdə 986 işçi cəlb olunacaq.
"Attestasiya Əmək Məcəlləsinin 65-ci maddəsinə və Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun aparılır. Məqsəd işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq, ixtisasına və sənətinə görə tutduqları vəzifəyə (peşəyə) uyğun olub-olmadıqlarını müəyyənləşdirməkdir",- sorğuya cavabda qeyd olunub.
Mənbə: report.az