IMG-LOGO

"Rabitəbank" maliyyə vəziyyətini açıqlayıb

16 Jan 2026 10:43 4 baxış
IMG

"Rabitəbank" ASC 2025-ci ili 11,331 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 23,7 % azdır.

Ötən il "Rabitəbank"ın gəlirləri 186,147 milyon manat (əvvəlki ilə nisbətən 11,3 % çox), xərcləri 158,463 milyon manat (11,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 11,797 milyon manat (2,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4,555 milyon manat (20,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 402,3 milyon manat olub ki, bu da illik müqayisədə 21,5 % çoxdur. Bunun 920,819 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,7 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 23,2 % artaraq 1 milyard 270,771 milyon manat, o cümlədən depozit portfeli 29,7 % artaraq 878,3 milyon manat, balans kapitalı isə 7 % artaraq 131,529 milyon manat olub.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilaə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.

Xəbər lenti