IMG-LOGO

"Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

15 Jan 2026 16:45 4 baxış
IMG

"Ziraat Bank Azərbaycan" ASC 2025-ci ili 23,254 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 60,3 % çoxdur.

Ötən il "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 109,963 milyon manat (əvvəlki ilə nisbətən 47,9 % çox), əməliyyat xərcləri 65,864 milyon manat (56,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 14,555 milyon manat (3,8 % çox), gözlənilməz gəlirləri 106 min manat (0,9 % az), mənfəət vergisi ödəmələri isə 6,397 milyon manat (63,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 367,735 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 48,5 % çoxdur. Bunun 766,855 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 44,8 % böyüyüb.

Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 53,3 % artaraq 1 milyard 207,066 milyon manata, o cümlədən depozit portfeli 20,7 % artaraq 682,702 milyon manata, balans kapitalı isə 20,3 % artaraq 160,669 milyon manata çatıb.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Xəbər lenti