2022-ci ildən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinə daxil edilən dövlət icbari şəxsi sığorta ödənişləri üzrə ötən il 11 minə yaxın şəxsin müraciətinə baxılıb.
"Report" xəbər verir ki, bunu DSMF-nin sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlara 25 milyon manat ödəniş edilib: "Prezidentin 2021-ci il fərmanına əsasən, 1997-ci ilin avqustuna qədər əlilliyi müəyyən edilmiş 26 min şəxsin sənədləri araşdırılıb. Bu günə qədər 17 794 şəxsə əlillik dərəcəsindən asılı olaraq 4 400, 6 600 və 8 800 manat məbləğində birdəfəlik ödənişlər edilib".
O qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən 115,2 milyon manat vəsait xərclənib.