IMG-LOGO

Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 7 % artıb

15 Jan 2026 10:32 3 baxış
IMG

2025-ci ilin dekabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 166,7 min nəfərdən çox olub.

"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Aylıq sosial müavinət alanların 36,8 %-ni kişilər, 63,2 %-ni isə qadınlar təşkil edib.

Xəbər lenti