Azərbaycanın Moldova ilə iqtisadi əməkdaşlığının gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə müzakirələr aparılıb: “Keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik”.
Moldova ilə #iqtisadi əməkdaşlığımızın gücləndirilməsinin prioritet istiqamətlərinə #energetika, #ticarət və investisiyaların təşviqi daxildir. Bu ölkənin Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba (@dumitru_alaiba) ilə Davos İqtisadi Forumu… pic.twitter.com/QRlhw5NqDh
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 18, 2024 Bizim Telegram kanalımıza abunə olun