IMG-LOGO

Mahnıya qulaq asaraq yolu keçən oğlan qatarın altında qalıb öldü

18 Jan 2024 15:10 98 baxış
IMG

Moskva vilayətinin Ramenski rayonunda 15 yaşlı yeniyetmə elektrik qatarının altında qalaraq ölüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Kazan istiqamətində İqnatyevo platformasının yaxınlığında baş verib. Gənc oğlan qulaqcıqda mahnıya qulaq asaraq, dəmiryol relslərini keçərkən yaxınlaşan qatara fikir verməyib.

Nəticədə o, qatarın altında qalaraq ölüb.

Araşdırma aparılır.

Xəbər lenti