IMG-LOGO

Kubanın enerji sistemi yenidən tamamilə sıradan çıxıb

03 Aug 2026 08:57 3 baxış
IMG

Kubanın Milli Elektrik Enerjisi Sistemi yenidən tamamilə sıradan çıxıb.

"Report" xəbər verir ki, bu barədə Kubanın dövlət energetika şirkəti məlumat yayıb.

Məlumata görə, enerji sisteminin tam kəsilməsi avqustun 2-si axşam, yerli vaxtla saat 22:43-də baş verib.

Bir gün əvvəl sistem qismən sıradan çıxaraq ölkənin qərb və mərkəzi hissələrindəki bir neçə əyaləti elektrik enerjisi təchizatından məhrum etmişdi. İyul ayında sistem səkkiz gün ərzində üç dəfə tamamilə kəsilmişdi.

Kuba hakimiyyəti davam edən enerji böhranını ABŞ-nin ticari-iqtisadi və maliyyə blokadası, eləcə də yanacaq tədarükünə qoyulan məhdudiyyətlər də daxil olmaqla, Amerika sanksiyalarının sərtləşdirilməsi ilə əlaqələndirir.

Mənbə: report.az

Xəbər lenti