IMG-LOGO

Davosda Azərbaycanın dayanıqlı istehsala keçidlə bağlı hədəfləri müzakirə edilib

18.01.2024 13:12 87 baxış
IMG

Azərbaycan "Indorama Ventures" şirkəti ilə ölkənin dayanıqlı istehsala keçid sahəsində hədəfləri ilə bağlı müzakirələr aparıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir deyib ki, Davos İqtisadi Forumu çərçivəsində "Indorama Ventures" şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşdə müzakirələr aparılıb: “Tərəflər ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və əməkdaşlıq imkanları başlıca müzakirə ediblər”.

Davos İqtisadi Forumu çərçivəsində (@wef) "Indorama Ventures" (@IVLTeam) şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşümüzdə ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, ölkəmizin dayanıqlı istehsala keçid sahəsində hədəfləri, şirkət tərəfindən təqdim edilən…

— Mikayil Jabbarov (@MikayilJabbarov) January 18, 2024 Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti