Ötən il Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə təxminən 1,5 milyard manat sığorta haqqı toplanılıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 11 % çoxdur.
AMB rəsmisi həmçinin deyib ki, 2025-ci ildə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği təxminən 920 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən təxminən 25 % çoxdur.
Beləliklə, ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,3 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.