2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 481 723 vətəndaş müraciəti qeydə alınıb.
"Report" bu barədə DSMF-yə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 9 % azdır.
Hesabat dövründə müraciətlərdən 188 740-ı pensiya (illik müqayisədə 2,5 % az), 125 371-i müavinət (3,5 % az), 19 915-i Prezident təqaüdü (6,3 % çox), 90 546-sı ünvanlı dövlət sosial yardımı (32,5 % az), 12 941-i fərdi uçot və sosial sığorta (2,8 % çox), 1 977-si dövlət icbari şəxsi sığorta (37,7 % az) və 42 233-ü isə digər istiqamətlərlə (13,6 % çox) bağlı olub.