IMG-LOGO

Elmar Mirsalayev: "Bu il kiberrisklər sığorta bazarında daha aktual olacaq"

14 Jan 2026 12:56 4 baxış
IMG

2026-cı ildə kiberrisklər sığorta bazarında daha aktual risklərdən birinə çevriləcək.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.

Onun sözlərinə görə, risklər qaçılmazdır və sığorta bu risklərə qarşı maliyyə sabitliyini təmin edən əsas mexanizmdir.

"2026-cı ildə də həm ənənəvi, həm də qeyri-ənənəvi risklər актуallığını qoruyacaq. Yanğın, partlayış, subasma, təbii fəlakətlər, yol-nəqliyyat hadisələri, sağlamlığın itirilməsi və istehsalatda bədbəxt hadisələr ənənəvi risklər sırasına daxildir. Bununla yanaşı, kiberrisklər yenilənən dünyada getdikcə daha акtual xarakter alır. Bu risklərə qarşı maliyyə təminatının əsas vasitəsi kimi bir sıra sığorta növləri ön plana çıxır. Belə ki, "Daşınmaz əmlakın icbari sığortası" yaşayış və qeyri-yaşayış obyektlərini yanğın, partlayış və təbii fəlakətlər kimi risklərdən qoruyur".

İcraçı direktor bildirib ki, yol-nəqliyyat riskləri üzrə isə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" və "Kasko" sığortası daha акtual hesab olunur: "Sağlamlıq risklərini əhatə edən "Könüllü tibbi sığorta" növü də aktual olaraq qalır. İstehsalat mühitində risklərin qarşısının alınması üçün isə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" mühüm əhəmiyyət daşıyır".

E.Mirsalayev vurğulayıb ki, qeyri-ənənəvi risklər arasında kiberrisklər xüsusi yer tutur: "Bank kartlarına müdaxilə, rəsmi səhifələrin ələ keçirilməsi və digər kibertəhlükəsizlik pozuntularına qarşı artıq yerli sığorta bazarında kibersığorta məhsulları mövcuddur və bu məhsulların əhatəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Assosiasiya vətəndaşlara gözlənilməz risklərə laqeyd yanaşmamağı, maliyyə sabitliklərini təmin etmək üçün vaxtında sığortalanmağı tövsiyə edir".

Xəbər lenti