Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 8 ədəd nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.
Qalib şirkətə 28 870 manat ödəniləcək.
DRİ 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16,02 milyon manatdır. İdarə ölkədə mülki məqsədlər üçün radiotezlik idarəçiliyini həyata keçirir.