IMG-LOGO

DOST Agentliyi 3 illik auditor seçib

14 Jan 2026 11:43 3 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2025-2026-2027-ci illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 100 890 manat ödəniləcək.

Xəbər lenti