IMG-LOGO

Azərbaycan ABŞ şirkəti ilə rəqəmsal transformasiyanı müzakirə edib

18.01.2024 09:18 63 baxış
IMG

Azərbaycanla ABŞ-ın "McKinsey & Company" şirkəti arasında iqtisadiyyatda rəqəmsal transformasiya müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində "McKinsey & Company" şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innovativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri barədə danışdıq", - deyə o qeyd edib.

Davos İqtisadi Forumu (@wef) çərçivəsində "McKinsey & Company" şirkətinin (@McKinsey) regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək #COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, #biznes mühitinin və insan kapitalının #innovativ əsaslarla…

— Mikayil Jabbarov (@MikayilJabbarov) January 18, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti