IMG-LOGO

Dünya Bankı: Ermənistan-Azərbaycan sülh prosesinin nəticəsi regionun iqtisadi perspektivləri üçün vacibdir

13 Jan 2026 22:55 3 baxış
IMG

Dünya Bankı 2025-ci ilin avqustunda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin sabitliyin möhkəmlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə töhfə verəcəyini gözləyir.

"Report" xəbər verir ki, bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub.

Dünya Bankı vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı sülh prosesində irəliləyiş Cənubi Qafqazda inteqrasiyanın dərinləşməsi üçün amil ola bilər.

Hesabatda qeyd olunub ki, geosiyasi gərginlik Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinin pisləşməsi riskinin əsas amillərindən biri olaraq qalır: "Risk və qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır və münaqişədən əvvəlki göstəriciləri aşır".

Dünya Bankı xəbərdarlıq edir ki, Rusiyanın işğalının uzanması və ya eskalasiyası Ukrayna iqtisadiyyatını daha da zəiflədə və geosiyasi qeyri-müəyyənliyin yüksək səviyyədə qalmasına səbəb ola bilər.

"Ermənistan və Azərbaycan arasında sülh prosesində potensial uğursuzluqlar isə region üçün azalma risklərini artırır.

Eyni zamanda, Ukraynada döyüş əməliyyatlarının gözləniləndən daha tez başa çatması ölkənin bərpası ilə bağlı investisiyaları sürətləndirə və investorların etimadını artıra bilər", - hesabat müəllifləri qeyd ediblər.

Xəbər lenti