IMG-LOGO

Hesablama Palatası: DSMF-də audit qərarları yerinə yetirilməyib

13 Jan 2026 12:29 5 baxış
IMG

2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən edilmiş bir sıra məsələlər bu günə qədər icra olunmayıb.

"Report" bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Audit DSMF-nin büdcə gəlirlərinin və xərclərinin icrasını, eləcə də sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib.

Nəticələrə əsasən, investisiya fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə mənfəət vergisinə dair hesabatların hüquqi aktların tələblərinə uyğun təqdim olunması və mənfəət vergisinin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.

Bununla yanaşı, dövlət icbari şəxsi sığorta sistemi çərçivəsində daxilolmaların və xərclərin Fondun büdcələrinə dair qanunlara və hesabat məlumatlarına tam şəkildə daxil edilməsi də 2024-cü ildə aparılmış auditə baxmayaraq bu günədək icra olunmayıb.

Qeyd olunan məsələlər üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsindədir.

Xəbər lenti