IMG-LOGO

Azərbaycanda ötən il büdcədən 352 milyon manatdan çox vəsait geri qaytarılıb

12 Jan 2026 14:36 3 baxış
IMG

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 352,4 milyon manat məbləğində vəsait geri qaytarılıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Xəbər lenti