IMG-LOGO

Sahibkarlığın İnkişafı Fondu ötən il 194 milyon manat güzəştli kredit verib

17.01.2024 11:03 70 baxış
IMG

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib.

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu kreditlər 3 000-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

"Kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə icra olunan 4 layihənin maliyyələşdirilməsinə 11,5 milyon manat kredit ayrılıb", - deyə SİF-in sədri əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti