Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara verilən dövlət zəmanətli kreditlər üzrə subsidiya ödənilməsi 2023-cü ildə də davam etdirilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, dəstək proqramı çərçivəsində ötən ilin sonuna qədər iş adamlarına 52 milyon manat subsidiya ödənilib.
"Bununla yanaşı, pandemiyadan zərər çəkmiş və 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarlara kreditin illik faiz dərəcəsinin 10 faiz bəndi qədər subsidiya verilməsi davam etdirilib. Ötən ilin sonuna qədər kredit qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 73,3 milyon manat faiz subsidiyası ödənilib", - deyə sədr əlavə edib.
Bizim WhatsApp kanalımıza abunə olun